İranla Ermənistan arasında ticarət dövriyyəsi perspektivdə 3 milyard dollara çata bilər.
“Report” Ermənistan parlamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian qanunverici orqanın sədri Alen Simonyanla oktyabrın 22-də İrəvanda keçirdiyi görüşdə bildirib.
İranlı diplomat Qafanda İranın Baş Konsulluğunun açılmasından danışaraq ölkəsinin sərhəddə və ya Ermənistan vasitəsilə tranzit məsələsində maneələrə qarşı çıxdığını, regionun inkişafının tərəfdarı olduğunu vurğulayıb. O həmçinin qeyd edib ki, İran Təbrizdə Ermənistan konsulluğunun açılmasında maraqlıdır.
Tərəflər İranın Qafandakı konsulluğunun ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin inkişafına töhfə verəcəyini bəyan ediblər. Onlar iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması imkanlarından da danışıblar. Hazırda İranla Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 700 milyon dollara yaxındır.
Qeyd edək ki, oktyabrın 21-də İranın Qafanda Baş Konsulluğunun açılışı olub.


Şərhlər
mende xalqimizi sesleyirem gelin iran messullarini almayaq baykot edek.onuzgamizi gosterek!wehidlerimiz hemin onurgamiz qururumuz ucun canlarindan kecib!
30 illik müharibe dövründe mehz İranın hğclü desteyi sayesinde Ermenistan iqtısadiyyatı tam çökmedi.Bu gün serhedlerde İranın töretdiyi oyunbazlıq bir terefden fars ermeni birliyinin Azerbaycana qarşı ona düşmençiliyşdirse,diger terefden farsların Qarabagdakı narkomafitası elinden çıxır dava mehz bunun üstündedir.