Menu

SEPAH-ın Körfəzdə ABŞ-la toqquşmalarda indiyədək 9 üzvü öldürülüb

22.10.2022, 17:32
SEPAH-ın Körfəzdə ABŞ-la toqquşmalarda indiyədək 9 üzvü öldürülüb

Körfəzdə ABŞ qüvvələri ilə birbaşa toqquşmalar zamanı indiyədək 9 SEPAH üzvü həyatını itirib.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Əlireza Tanqsiri “Bəsic”in konqresində çıxışı zamanı deyib.

O, həyatını itirən SEPAH üzvlərinin adlarını və qarşıdurmaların zamanını qeyd etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol