Böyük Britaniyanın sabiq maliyyə naziri Rişi Sunak ikinci dəfə Baş nazir postu uğrunda mübarizə aparacaq.
APA-nın xəbərinə görə, 42 yaşlı siyasətçi bu gün “Twitter“-də paylaşımında bildirib ki, rəsmən Baş nazir postuna namizədliyini irəli sürüb.
Rişi Sunak ölkənin iqtisadi problemlərini həll etmək, Mühafizəkarlar Partiyasını birləşdirmək istədiyini yazıb.
Raşi Sunakın rəqiblərinin İcmalar Palatasının sədri Penni Mordont və sabiq Baş nazir Boris Conson olacağı gözlənilir.
Qeyd edək ki, Liz Trass Baş nazir postundan istefa verib.


Şərhlər
Bu,Rac Kapurun oğlu Rişi Kapurdu?"Bobbi" kinosundakı oğlan.Familiyasını dəyişib kinonu buraxıb deyəsən.Bəs dedilər iki il qabaq ölüb o.Onda bu kimdi?