Menu

Tərtərdə bir nəfər minaya düşüb - Xəstəxanada müalicəsi davam etdirilir

23.10.2022, 19:52
Tərtərdə bir nəfər minaya düşüb - Xəstəxanada müalicəsi davam etdirilir

Oktyabrın 23-ü saat 17 radələrində Tərtər rayonunun Çaylı adlanan ərazisində 1 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Tərtər rayon prokurorluğu məlumat yayıb.

İlkin araşdırmalarla həmin ərazidə olarkən 1996-cı il təvəllüdlü Samir Əlizadənin minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alaraq hər iki ayağının amputasiya olunması müəyyən edilib.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a bildirilib ki, bu gün saat 17 radələrində Tərtər rayonun Çaylı kəndi ərazisində rayon sakini Samir Əlizadə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, polis əməkdaşları tərəfindən dərhal xəstəxanaya yerləşdirilib.

Tərtərdə minaya düşən rayon sakininin xəstəxanada müalicəsi davam etdirilir.

Şərhlər

korrektor 2022-10-23 20:39:56

Minalar erməni ərazisində basdırılmalıdır, karapetə cavab verməsək bunlar hələ çox alçaqlıqlar edəcək, bunlara öz silahları ilə cavab verilməlidir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol