Ukraynanın əhalisi köçürülən Xerson vilayətinə Moskvanın təyin etdiyi məmurlar yerli ərazi müdafiə dəstələrini yaratmağa başlayıb. Onlar şəhərdə qalan kişilərin hamısını bu dəstələrə qoşulmağa çağırıblar.
İşğal hakimiyyəti oktyabrın 24-də "Telegram" sosial şəbəkəsində yazıb ki, şəhərdə qalmağı seçən kişilərin ərazi müdafiə birliklərinə qoşulmaq imkanı var.
Artıq bir neçə gündür Xerson sakinləri köçürülür. Xerson Rusiyanın ötən ay ilhaqını elan etdiyi dörd vilayətdən biridir. Rusiyanın işğal etdiyi digər vilayətlərdə isə kişiləri məcburən döyüşlərə cəlb edirlər. Oktyabrın 18-dən vilayətdən 25 minədək sakinin köçürüldüyü bildirilir.
"AzPolitika.info"


Şərhlər