Menu

Avtobus zolağına təyinatı üzrə daxil olmayan digər nəqliyyat vasitələri cərimələnəcək

24.10.2022, 16:53
Avtobus zolağına təyinatı üzrə daxil olmayan digər nəqliyyat vasitələri cərimələnəcək

“Bakıda avtobus zolağına təyinatı üzrə daxil olmayan digər nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq 40 manat məbləğinda cərimə oluna bilərlər”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin naş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

DYP rəsmisi bildirib ki, bu gün paytaxtın daha bir küçəsində avtobus zolağı salınır: “Bu, ictimai nəqliyyatın fasiləsiz və rəvan hərəkət etməsi üçün vacib olan addımlardan biridir. Hesab edirəm ki, ictimai nəqliyyat üçün mümkün qədər yolların çox olması, eyni zamanda, digər hərəkət iştirakçılarının da vəziyyəti düzgün qiymətləndirərək ictimai nəqliyyatdan istifadə edən insanların vaxtında mənzil başına çatması üçün onların zolağına daxil olmaması da prosesi sürətləndirə bilər”.

"Cərimələnmə prosesi nəyinki, Yol Patrul Xidməti əməkdaşlarının xidməti ərazisində, eyni zamanda, xüsusi texniki vasitələrin imkanları ilə müəyyən ediləcək”, - A.Əsgərli vurğulayıb.

Şərhlər

Kasıb 2022-10-25 08:49:25

Belə cərimələrlə və cərimələrinin məbləğinin həddən artıq yüksək etməklə onsuz da güclə yaşayan millətin həyatını zorlaşdırmısınız.Bu soyğunçuluq nə zaman kəsiləcək.Millətə nə maaş.,pensiya verirsiniz ki, (hələ işsiz əhali ) qılıncınızı siyirib düşmüsünüz kasıb xalqın üstünə.Bunu düşünən deputat.hakimiyyət niyə ortada yoxdur? Bu millət niyə belə sahibsiz ,bir sıra fırıldaqşəıarın ixtiyarına buraxılıb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol