Menu

Prezident Ərdoğan və İngiltərə kralı arasında danışıqlar baş tutub

26.10.2022, 00:21
Prezident Ərdoğan və İngiltərə kralı arasında danışıqlar baş tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya kralı III Çarlz ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Söhbət zamanı Türkiyə ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlər müzakirə edilib.

Türkiyə lideri iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqliyə, eləcə də bir çox sahələrdə sıx əməkdaşlığa əsaslanan münasibətlərin qarşıdakı dövrdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı Prezident Ərdoğan Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Britaniya monarxına başsağlığı verib. (Mənbə: Anadolu)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol