Menu

"AXCP fəalı Ramid Nağıyev aksiyaya görə saxlanılmayıb" - DİN

26.10.2022, 10:28
"AXCP fəalı Ramid Nağıyev aksiyaya görə saxlanılmayıb" - DİN

AXCP fəalı Ramid Nağıyevin oktyabrın 24-də aksiyada iştirak etdiyinə görə həbs edilməsinə görə iddialar əsassızdır.

"Report" xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib.

O deyib ki, Ramid Nağıyev aksiyada iştirakına görə yox, probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə barəsində inzibati həbs tətbiq edilib: "Onun saxlanılmasında siyasi motiv yoxdur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol