Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev vəfat edib.
APA xəbər verir ki, Maşallah Abdullayevin onkoloji xəstəlikdən 72 yaşında dünyasını dəyişdiyi bildirilir. Goranboy rayon İcra Hakimiyyətində APA-nın yerli bürosuna verilən məlumata görə, Milli Qəhrəman Maşallah Abdullayev bu gün dəfn ediləcək.
Qeyd edək ki, Abdullayev Maşallah Babakişi oğlu 27 may 1950-ci ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Kəpənəkçi kəndində doğulub.
Birinci Qarabağ müharibəsində könüllülərdən ibarət dəstə yaradaraq iştirak edib. Maşallah Abdullayev 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Briqada komandirinin müavini olub.
1992-1993-cü illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı kimi çalışıb. Azərbaycan Respublika Ali Sovetinin deputatı olub.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Şurasının sədri kimi fəaliyyət göstərib.


Şərhlər
Allah rəhmət eləsin