Menu

İranda oksigen zavodunda partlayış olub - Ölənlər var

27.10.2022, 14:01
İranda oksigen zavodunda partlayış olub - Ölənlər var

İranda oksigen zavodunda partlayış olub. Musavat.com xəbər verir ki, partlayış Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində yerləşən oksigen zavodunda meydana gəlib.

Əhvaz şəhər bələdiyyəsinin yanğınsöndürmə idarəsi və təhlükəsizlik xidmətinin rəhbəri İbrahim Qənbəri hadisə nəticəsində 4 nəfərin həyatını itirdiyini və bir nəfərin yaralandığını deyib.

O, yerli vaxtla ötən gecə saat 20:20-də baş verən partlayışın səbəbinin hələlik məlum olmadığını və qəzanın səbəblərinin araşdırılmasınn bu gündən başlayacağını bildirib.

Şərhlər

Mubariz 2022-10-27 14:53:00

Zavodda partlayis oldu olen var Mezcidde terrir olub sehud olanlar var...olen var.Iran hadise bad verir insanlar dunyasini deyisir bizde buna murtedler sevinir.Axirizi gorerik inşēALLAH

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol