Menu

Külli miqdarda narkotik dövriyyəsinə görə tutulan şəxs bəraət alıb

27.10.2022, 17:26
Külli miqdarda narkotik dövriyyəsinə görə tutulan şəxs bəraət alıb

Külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Rasim Heydərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm elan olunub.

Hakim Cavid Hüseynovun sədrlik etdiyi hakimlər heyəti təqsirləndirilən şəxsə verilən ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyi, Rasim Heydərovun günahsız olduğu qənaətinə gəlib.

Hökmə əsasən, Rasim Heydərova bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Rasim Heydərov Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik dövriyyəsi) maddəsi ilə ittiham olunurdu.

Şərhlər

Taleh 2022-10-27 17:33:18

Sübut olunsa belə uzağı 1-2 ilə bunlar azadlıqda olurlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol