Menu

Tağı Əhmədovdan sələmə 2 milyon manat alan şəxslərə cəza istənilib

28.10.2022, 10:49
Tağı Əhmədovdan sələmə 2 milyon manat alan şəxslərə cəza istənilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror Qulu Muxtarov və Sahil Abuşovun verilmiş ittihamlarla təqsirli bilinərək hər birinin 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Proses noyabrın 10-da davam etdiriləcək.

İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin 2 milyon manatını ələ keçirib. Səadət Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə azadlıqda olublar. Onlar haqqında axtarış elan edilib. Qulu Muxtarov və Sahil Abuşovun işi Səadət Xəlilovun işindən ayrılıb. Səadət Xəlilov tək mühakimə olunub.

Səadət Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.

Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov 2 milyon manatı Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov verilmiş ittihamlarla təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Sonradan Qulu Muxtarov və Sahil Abuşov tutularaq istintaqa cəlb olunub.

Şərhlər

dadaşyev 2022-10-28 21:22:35

Biri vardı,o da məşhur adamıydı,o da sələmçilik edirdi,amma birisi ona atdı milyon yarım,sələmçi də öz adıyla məhkəməyə verməyə utandı onu,başqa bir "podstavnoy" tapdı,filan qədər pul verdi ona ki,soruşan olsa deyərsən guya pul sənin olub,mənim adımı çəkmə haa,biabır olaram,özün də narahat olma,kim lazımdı danışmışam.Qərəz o podstavnoy adam verdi o atanşiki məhkəməyə.Amma nəticəsi olmadı,atanşik dedi bu adamı həyatımda birinci dəfədir görürəm,sələmçinin isə mənimlə qəsdi-qərəzliyi var,bacıma söz atmışdı,mən də dərsini verdim yaxşıca,o vaxtdan mənimlə qanlı bıçaqdı,indi də şər atır ki guya sələmə pul verib mənə,qaytarmamışam.Düz deyirsə sənədi varmı?Odur ki,bu məsələ də qaranlıqdı.Amma ariflər istisna.Lap o anekdota oxşadı.Deyir vay dədəəə,Dostoyevskiyə nə gözəl heykəl qoyublar!Ona deyirlər,bu Puşkinin heykəlidi.Deyir Puşkin hansıdı,”Mumu”nu yazandu?Deyirlər yox a kişi,”Mumu”nu Turgenev yazıb.Deyir başa düşmədim:”Mumu”nu Turgenev yazıbsa Puşkinə niyə heykəl qoyublar?İndi bu adam 2 milyonu Tağı Əhmədovdan alıbsa Soltan Əliyev niyə verib bunu məhkəməyə?

Fəhlə 2022-10-28 14:41:22

Maşallah.YAP üzvü rüşvət alır,büdcə oğurlayır,sonra bu pulları sələmə verib yenə pul qaxanır.Hələ uzun illər gəlirli sahədə başçı təyin olunan şəxs , YAP üzvü rayonlardan birinin YAP şöbəsinə sədr də qoyulur.Bərəkallah belə partiyaya! Əsl saflıq!

kasıb 2022-10-28 10:51:13

TAĞIDAN SORUŞAN YOXDUR BU MİLYONLARI HANSI MAAŞLA YIĞMISAN?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol