Menu

ARDNŞ ixtisar olunmuş işçiləri digər struktur bölmələrində yerləşdirir

12.11.2014, 16:26
ARDNŞ  ixtisar olunmuş işçiləri digər struktur bölmələrində yerləşdirir

ARDNŞ-də aparılan struktur dəyişiklikləri nəticəsində sərbəstləşmiş işçilərin şirkətin digər struktur bölmələrində yerləşdirilməsi prosesi davam etdirilir.

ANS PRESS-in Dövlət Neft Şirkətinə istinadla verdiyi məlumata görə, siyahısı müəssisələr tərəfindən İnsan Resursları Departamentinə (İRD) təqdim olunmuş sərbəstləşmiş işçilərdən 134 nəfəri “sərbəstləşən işçilərin sosial dayanıqlığının təmin olunmasına dair Proqram”a qoşulub.

İş təklifi prosesində Proqrama qoşulmuş sərbəstləşən işçilərdən 122 nəfərin namizədliyinə baxılmış, 112 nəfəri üçün müxtəlif vakansiyalar üzrə müsabiqələr (test və ya peşə sınaq imtahanları) təşkil edilib.

25 nəfər ixtisasartırma kurslarına cəlb olunmuş və kursu müvəffəqiyyətlə bitirərək sertifikata layiq görülüb. Proqrama qoşulan sərbəstləşən işçilərdən ümumilikdə 47 nəfər işə qəbul olunmaq üçün müəssisələrə göndərilib, 11 nəfəri isə keçid balını toplayaraq sərbəstləşən işçilərin kadr ehtiyatı bazasına daxil ediliblər.

Qeyd edək ki, İnsan Resursları Departamentində keçirilən test imtahanlarını gözləmə zalında quraşdırılmış xüsusi monitorlar vasitəsilə canlı izləmək, eləcə də şəffaflıq və aşkarlıq şəraitində keçirilən müsahibələrdə müşahidəçi qismində iştirak etmək istəyən şəxslərə bütün imkanlar yaradılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol