"Müsavat başanı Arif Hacılı bu gün saat 14:30 radələrində öz evinin yaxınlığında "maşınla qoşa xətti keçmisən" bəhanəsi ilə polis idarəsinə aparılıb".
"AzPolitika.info" xəbər verir ki, bu barədə partiya sədrinin qardaşı Mustafa Hacıbəyli "Feysbuk" səhifəsində məlumat paylaşıb.
O bildirib ki, A.Hacılı saxlanılarkən xanımı da yanında olub, partiya sədri polis əməkdaşlarının kobudluğu ilə üzləşib.
DİN sözçüsü Elşad Hacıyev isə bildirib ki, A.Hacılı polis idarəsinə aparılmayıb, o, barəsində protokol tərtib olunduqdan sonra sərbəst buraxılıb.
"AzPolitika.info"


Şərhlər
Qoşa xətti keçmək qanun pozgunlugu dogru olsa belə, buna görə insanı polis bölməsinə aparmaq kimi göstəriş ancaq Azərbaycanda verilə bilər. Yaxın zamanda kiminsə şəhərdə asqırdıgı üçün həbs olunduğunu da eşıdə bilərik.