Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2022-2025-ci illər üçün ümumi kapital qoyuluşunun 16 milyard manat olacağı gözlənilir.
“Report” xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin SOCAR-ın reytinqinin təsdiqi ilə bağlı məlumatında deyilib.
“Biz gözləyirik ki, borc vəsaitlərinin azaldılması və iri layihələrin başa çatdırılması SOCAR-ın kapital qoyuluşu proqramını daha görünən etməlidir ki, bu da SOCAR-ın müstəqil kredit profilinin (SCP) yuxarıya doğru yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər”, - Fitch bildirib.
Agentliyin məlumatına görə, 2021-ci ilin sonunda SOCAR-ın nağd pul qalığı 5,9 milyard manat qısamüddətli borcla müqayisədə 9 milyard manat təşkil edib: “Biz SOCAR-ın likvidliyini dəstəkləyən neft və qaz qiymətlərinin artması fonunda 2022 və 2023-cü illərdə güclü pul axını gözləyirik”.
SOCAR-ın leveraj tarixən analoji kampaniyalarla müqayisədə nisbətən yüksək olsa da, “Fitch” əməliyyatlardan əldə edilən pul vəsaitlərinin (FFO) xalis leverecinin 2022-ci ildən etibarən azalacağını gözləyir:
“Bu, “Fitch”in qiymət palitrasına uyğun olaraq yüksək neft və qaz qiymətləri səbəbindən yüksək pul vəsaitlərinin axınını əks etdirəcək. Qənaətbəxş likvidlik və təkmilləşdirilmiş maliyyə şəffaflığı ilə birlikdə FFO xalis leverecini 4,0x-dən aşağı saxlamaq SCP-nin müsbət yenidən qiymətləndirilməsinə səbəb ola bilər”.
“Fitch” SOCAR-ın 2022-2025-ci illər ərzində illik dividend ödənişini 0,6 milyard manat səviyyəsində proqnozlaşdırır.


Şərhlər
SOKAR kapital qoyuluşlarını indiki stabil olmayan dünyada yalnız Azərbaycanda etməlidir.
RUMINİYADA,TÜRKİYƏDƏ ZAVOD AÇIB XAMMALI aZƏRBAYCANDAN GÖNDƏRİB SONRA AZƏRBAUCANA GƏTİZDİRİB DAVAMLI QİYMƏT ARTIMINA YOL VERMƏK AZƏRBAYCAN XALQINA İNDİKİ İŞSİZLİK FONUNDA DÜŞMƏNÇİLİK DEYİLMİ? BELƏ HALLARA YOL VERMƏYİN ADI NƏİR?