Menu

Müəllimin döyülməsi görüntülərinin ölkəmizlə əlaqəsi yoxdur- DİN

29.10.2022, 22:02
Müəllimin döyülməsi görüntülərinin ölkəmizlə əlaqəsi yoxdur- DİN

Sosial şəbəkələrdə yayılan müəllimin döyülməsi görüntülərinin ölkəmizlə əlaqəsi yoxdur.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"Sosial şəbəkələrdə müəllimin döyülməsini əks etdirən görüntülər yayılıb. Görüntülər araşdırılıb. Görüntülər digər ölkəyə aiddir, ölkəmizlə əlaqəsi yoxdur", - DİN rəsmisi qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol