Menu

TRT Ərdoğana görə cəza aldı

12.11.2014, 17:09
TRT Ərdoğana görə cəza aldı

Kanal təşviqat dövründə ancaq prezidentin xeyrinə işləyib

Türkiyə Mərkəzi Seçki Komissiyası prezident seçkiləri dövründə Rəcəb Tayyib Ərdoğanın xeyrinə işlədiyinə görə “TRT Türk” telekanalına cəza kəsib.

ANS PRESS-in məlumatına görə, komissiya bildirib ki, “TRT Türk” telekanalı seçki kampaniyası dövründə üç gündə (6-8 avqust 2014-cü il arasında) Ərdoğana 5 saat 26 dəqiqə müddət ayırsa da, digər namizədlərə heç yer verməyib.

Bunun üçün “TRT Türk” telekanalı üçün 7 proqram dayandırma cəzası verilib. Beləliklə, TRT-yə verilən ümumi proqram dayandırma cəzası 25-i keçib.

Mərkəzi Seçki Komissiyasının qərarında deyilir: "Demokratik cəmiyyət nizamının əsasını təşkil edən seçkinin azad, sərbəst və bərabər şərtlər daxilində gerçəkləşdirilə bilməsi üçün namizədlər arasında bərabər imkanların təmin edilməsi vacibdir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol