Menu

“Rusiyalı məmurlar səfərbərlikdən kütləvi halda qaçırlar” – KİV

01.11.2022, 01:19
“Rusiyalı məmurlar səfərbərlikdən kütləvi halda qaçırlar” – KİV

Məmurlar məzuniyyətə gedirlər və artıq ondan işə qayıtmırlar.

Rusiya hökumətinin və Moskva Bələdiyyəsinin məmurları səfərbərliklən yayınmaq üçün xaricə qaçırlar.

Bu barədə «Hazırkı vaxt» «Vyorstka» nəşrinin baş redaktoru Lolu Taqaevaya istinadla xəbər verir.

Rusiya Təhsil Nazirliyi, Mərkəzi Bank və Rəqəmsal İnkşaf Nazirliyi əməkdaşlarının ölkədən getməsi halları barədə nəşrin məlumatları var.

Moskva Bələdiyyəsinin bəzi şöbələrində 20-30 faiz ştat vahidi çatışmır, belə ki, məmurlar məzuniyyətə gedirlər və artıq oradan geri qayıtmırlar.

Rəsmi dövlət strukturları isə ölkədə qismən səfərbərliyin başa çatdığını xəbər verirlər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol