Menu

Rusiya-Azərbaycan-Ermənistan parlamentlərarası təmasları üçün məsləhətləşmələrə başlanılıb

01.11.2022, 14:56
Rusiya-Azərbaycan-Ermənistan parlamentlərarası təmasları üçün məsləhətləşmələrə başlanılıb

Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli parlamentlərarası təmasları üçün məsləhətləşmələr başlanılıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev deyib.

Onun sözlərinə görə, bu təmaslar iki ölkənin xalqları arasında etimadı gücləndirmək üçün lazımdır: “Biz bu tapşırığı həyata keçirmək üçün Azərbaycan və Ermənistanla ikitərəfli parlamentlərarası komissiyaların mexanizmlərindən istifadə etməyi nəzərdə tutmuşuq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol