Menu

Artur Rasizadə Bakı-Naxçıvan-Bakı reysi ilə bağlı qərarda dəyişiklik etdi

12.11.2014, 17:37
Artur Rasizadə Bakı-Naxçıvan-Bakı reysi ilə bağlı qərarda dəyişiklik etdi

Azərbaycanın baş naziri Artur Rasizadə “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərara dəyişiklik edib.

Qərarla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan Azərbaycan Respublikasının vətəndaşlarına tətbiq edilən uçuş tarifi üzrə güzəştlərdə yaş həddi aşağı endirilib.

Belə ki, indiyədək I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, 5 yaşından 12 yaşınadək uşaqlara və tələbələrə (ildə 2 dəfə gediş-gəliş üçün) 30 manat məbləğində güzəşt nəzərdə tutulurdu.

Dəyişikliklə güzəşt tətbiq edilən uşaqların yaş həddi 5-dən 2-yə (2-12 yaş) endirilib. Dəyişiklik 2014-cü il 15 noyabr tarixindən qüvvəyə minir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol