Menu

İranda Azərbaycan Prezidentinə dəstək posterləri yayıldı - FOTO

02.11.2022, 23:41
İranda Azərbaycan Prezidentinə dəstək posterləri yayıldı - FOTO

İranın Təbriz, Ərdəbil və digər şəhərlərində Azərbaycan Prezidenti İlham Əliyevin dəstək posterləri yayılıb. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bu gün Güney Azərbaycan şəhərlərinin müxtəlif yerlərinə vurulan posterlərdə yazılır:

“Cənab Prezident, Türk gəncliyi Sizin mesajınızı alıbdır.

Azərbaycan dövləti öz dövlətimiz, Azərbaycan Prezidenti öz prezidentimiz.

Biz hər zaman Güney gəncliyi olaraq Azərbaycan cəbhəsindəyik.

Vətənimizin o tayı, bu tayı yoxdur!

Biz böyük Azərbaycanıq!”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol