DTX-nin SAXLADIĞI NAZİR MÜAVİNİ İŞDƏN QOVULDU - Prezident sərəncam imzalayıb

Elnur Əli oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xatırladaq ki, E.Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində apardığı əməliyyat zamanı saxlanılıb. 

635x100

Şərhlər

Dövlətini sevən 2022-11-03 22:48:19

Bütün nazirliklər o gündədir ? Mədəniyyət Nazirliyində yüksək səviyyəli kadrları işə təyin etmirlər . Şəki Mədəniyyət İdarəsində 4000 işçisi var, ancaq bir nəfər tapıb Şəki Regional Mədəniyyət İdarəsinə müdir təyin etmədilər ? Şəki Mədəniyyət İdarəsinə savadsız, iş təcrübəsi olmayan Azər adlı şəxsi təyin etməklə Mədəniyyət İdarəsinin büdcəsinin dağıdılmasına şərait yaratdılar. DTX xahiş edirik araşdırın. Şəki Mədəniyyət İdarəsində sabiq müdir Natiq Rəsulovdan qalan çatışmamazlıqlar durur ?

Azər 2022-11-03 16:11:22

Mədəniyyət Nazirliyi, "utanmırsan?ölmürsən?"

Son yazılar