Menu

İran parlamenti sədrinin Azərbaycana səfəri təxirə salındı - Ermənistana gedir (Yenilənib)

04.11.2022, 13:41
İran parlamenti sədrinin Azərbaycana səfəri təxirə salındı - Ermənistana gedir (Yenilənib)

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Ermənistana gedəcək.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat katibi bildirib.

O qeyd edib ki, Məhəmməd Baqir Qalibaf Ermənistana səfər dəvət olunub. O, konkret vaxtı açıqlamayıb.

***

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Azərbaycana gözlənilən səfəri təxirə salınıb.

Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq deyilib.

Səfərin təxirə salınmasının səbəbi göstərilməyib.

Qalibafın ziyarətinin daha uyğun bir zamanda baş tutacağı qeyd olunub.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan və İran XİN rəhbərlərinin telefon danışığı olub. İran XİN rəhbəri Qalibafın tezliklə Azərbaycana səfər edəcəyinin anonsunu verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol