Menu

Azərbaycan qeyri-neft ixracını 16 %-dən çox artırıb

04.11.2022, 15:54
Azərbaycan qeyri-neft ixracını 16 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 2 milyard 386 milyon ABŞ dolları təşkil edib.

Bu barədə "Report"a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % çoxdur.

Təkcə bu ilin oktyabr ayında isə qeyri-neft ixracının dəyəri illik müqayisədə 10,5 % artaraq 269,15 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən il Azərbaycanın qeyri-neft ixracı əvvəlki illə müqayisədə 47,2 % artaraq 2 milyard 713,4 milyon ABŞ dolları təşkil edib.

Şərhlər

Mühəndis 2022-11-04 18:49:22

Yalan faizlər göstərib niyə aldatma ilə məşğulsunuz?Hansı məhsulların istehsalı və ya ixracı aryıb:Niyə adları və istehsalçısı göstərilmira7Son 30 ildə bir dənə dovlətin yaraedığı iri istehsal müıssissi varmı? Nə qədər yalanla lovğalanmaq olar.Ölkə iqtisadiyyatı tənəzzül etdirilib.Adi tikiş fabriki belə yaradılmayıb.Hətta alt paltarı,corab,geyim yalnız xaricdən idxal olunur.Hələ sənaye malları,avadanlıqlar və sairə...r

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol