“Bu gün Azərbaycanda erməni təbliğatına və erməni dəyirmanına su tökən qruplar var”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bu gün bəzi şəxslər Naxçıvan Muxtar Respublikasının statusunun ləğv olunması məsələsini ortaya atıb: “Bu gün Prezident Ermənistanla sərhədlərin dəqiqləşdirilməsi üçün iş apardığı bir vaxtda belə mövzunun müzakirəsinin yeridir? Bunu edənlər erməni dəyirmanına su tökənlərdir. Buna qarşı kəskin mövqe ortaya qoymalıyıq. Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinə zəmanət verilib. O vaxt Zəngəzur dəhlizi Ermənistana veriləndə Naxçıvan Azərbaycanda ayrı düşüb. Dünyada Naxçıvan kimi statusa malik çox az yer var. Naxçıvanın statusunun ləğv edilməsinin qarşısı Ümummilli lider tərəfindən alınıb. Həmin dövrdə AXC-Müsavat cütlüyü Naxçıvanın statusunu ləğv etmək istəyirdi, Ümummilli lider qoymadı. İndi də onların tör-töküntüləri bu məsələni ortaya atıb. Bunun üçün birincisi, referendum çağırılmalıdır. Naxçıvan Muxtar Respublikasına qarşı aparılan təxribat xarakterli müzakirələrə son qoyulsun, suyu bulandırmasınlar”.
Sədr Sahibə Qafarova isə bildirib ki, mediada çox şey yazıla bilər: “Naxçıvan Muxtar Respublikasının statusu məsələsinə heç kimin şübhəsi yoxdur”.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov da deyib ki, Naxçıvan Muxtar Respublikası ilə bağlı qeyd olunan məsələ heç bir hüquqi əsasa malik deyil.


Şərhlər
Naxşıvanın statusunun ləğv edilməsi siz naxçıvanlıları niyə belə narahat edir ay siyavuş ?Onsuzda bu qısa zaman kəsiyində ləğv ediləcək.Bu Azərbaycan və Böyük Türkiyənın birgə qərarıilə ləğv ediləcək İnşallah.Bunu siz naxçıvan klanınıdan soruşan olmayacaq.
Naxçıvanın statusu məsələsi yalnız bizdən asılı olan iş deyildir.O,Kars müqaviləsiylə Rusiya və Türkiyə arasında həll olunmuş bir məsələdir.Naxçıvana hər hansı xarici müdaxilə olarsa onu qorumaq Türkiyəyə ana südü kimi halaldır.Bu statusa qarantiya verən ölkə Türkiyədir.
Naxçıvan Azərbaycanın bir parçası olduğunu,Naxçıvanın ayel respublika hesab edərək orada .... və hal-hazırda orada baş verən öznaşınalığı (şah rejimi-) nəzərə aımaqla yanlış olan avtonomiya ləğv edilməlidir.BU Naxçıvan əhalisinin AZbaycan daxilində vhid qatda qanunla sərbəst və asudə yaşamasına imkan verə bilər.