Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
APA nazirliyin saytına istinadla xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Cənub Regional Mərkəzi tərəfindən Masallı Regional “ASAN xidmət” Mərkəzində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qax rayon E. Şahmərdanov adına Tasmalı kənd və Qax rayon Ə. Abdullayev adına Marsan kənd tam orta məktəblərində, Muğan Regional Mərkəzi tərəfindən Biləsuvar şəhər 6 nömrəli tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon Şorabad qəsəbə tam orta məktəbində, Aran Regional Mərkəzinin tərəfindən Naftalan şəhər Z.Rüstəmov adına Qaşaltı-Qaraqoynlu kənd tam orta məktəbində, Bakı Regional Mərkəzi tərəfindən isə Bakı şəhəri, Sabunçu rayon 307 saylı tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.


Şərhlər