Menu

Prokurorluq Cəbrayılda tapılan insan sümükləri ilə bağlı araşdırma aparır

06.11.2022, 16:12
Prokurorluq Cəbrayılda tapılan insan sümükləri ilə bağlı araşdırma aparır

Cəbrayılda insan sümükləri tapılıb.

APA xəbər verir ki, sümüklər rayonun Çullu kəndində aşkar edilib.

Hadisə yerinə baxış zamanı ədəd kəllə və 2 ədəd alt çənə sümüyü olmaqla insana məxsus olan ümumilikdə 21 ədəd sümük və 1 ədəd əl qumbarası aşkar edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyib. Bildirilib ki, hazırda Cəbrayıl rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol