Menu

"Heç bir qüvvə - nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyil" - QMİ sədri

07.11.2022, 15:46
"Heç bir qüvvə - nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyil" - QMİ sədri

"Heç bir qüvvə - nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyil".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu gün QMİ-də Zəfər Gününə həsr olunmuş tədbirdə deyib.

"Heç şübhəsiz ki, Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi olan, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının bir ailənin üzvləri kimi mənəvi harmoniya şəraitində yaşamalarını təmin edən multikultural ənənələrimiz sayəsində Azərbaycan dövlətinin qüdrəti sarsılmazdır və qələbələri davamlı olacaq. Heç bir qüvvə - nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyil. Azərbaycan cəmiyyəti, Azərbaycan dindarları hər zaman dövlətçiliyimizin, dövlət rəhbərimizin yanındadırlar və onu dəstəkləyirlər", - QMİ sədri vurğulayıb.

Şərhlər

dadaşyev 2022-11-07 21:32:51

Bizim mənəvi birliyimizi yalnız və yalnız məzhəbçilik poza bilər.Sən bu yaşına qədər anlaya bilməmisən ki,Azərbaycanda yalnız şiələr yaşamır və Qafqaz Müslimləri Ruhani İdarəsi "Qafqaz Şiə İdarəsi" deyildir.Sözünün əvvəli də,axırı da həmişə "şiə" olub.Dövlət bu İdarəni ona görə yaratmayıb ki,yalnız şiələrin mənafeyinə xidmət edəsən Azərbaycanda.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol