Menu

"Azərbaycanla kədərdə, sevincdə bir və bərabər olmağa davam edəcəyik" - Türkiyə MN

08.11.2022, 11:44
"Azərbaycanla kədərdə, sevincdə bir və bərabər olmağa davam edəcəyik" - Türkiyə MN

Türkiyə Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə qurumun rəsmi tviter səhifəsində paylaşım olunub.

"Qəhrəman Azərbaycanın 8 Noyabr - Zəfər Günü mübarək olsun. İki il əvvəl qəhrəmancasına mübarizə apararaq öz torpaqlarını işğaldan xilas edən, bütün dünyaya Azərbaycanın qüdrətini nümayiş etdirən qardaşlarımızla kədərdə, sevincdə bir və bərabər olmağa davam edəcəyik. Qardaşlığın Zəfəri", - paylaşımda bildirilib.

Şərhlər

Anar Əhmədov 2022-11-08 11:54:41

Yaşasın Azərbaycan Türkiyə qardaşlığı və birliyi! Yaşasın Bir Millət İki Dövlət! Var olasınız əziz Türk qardaşlarımız!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol