Çin hakimiyyəti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin “China International Import Expo” sərgisinin iştirakçılarına ünvanladığı video-müraciətinin televiziya ilə yayımını dayandırıb.
“Report” xəbər verir ki, məlumatı “Reuters” yayıb.
Aİ liderinin müraciəti sərginin açılış hissəsində yayılmalı imiş. Ş.Mişel video-müraciətdə Rusiyanın Ukraynada apardığı qanunsuz müharibəni kəskin tənqid edərək Avrop İttifaqının Moskvanın enerjidaşıyıcılarından asılı olduğunu vurğulayıb.
O, Çin hökumətini Rusiya və Ukrayna müharibəsinin tənzimlənməsində nüfuzundan istifadə etməyə çağırıb.
Ş.Mişelin sözçüsü Barend Leyts “Reuters”ə bildirib ki, onlar Pekin səlahiyyətlilərinin tələbi ilə Aİ Şurası Prezidentinin əvvəldən lentə alınan müraciətini təqdim ediblər. O, video-müraciəti adi diplomatik kanallar vasitəsilə göndərdiklərinin də söyləyib. Lakin müraciətin televiziyada yayımı dayandırılıb.
Çin rəsmiləri isə yayımın ləğvi ilə bağlı məlumatı şərh etməyiblər.


Şərhlər