Menu

Rusiya Təhlükəsizlik Şurasının katibi İrana səfər edib

08.11.2022, 22:51
Rusiya Təhlükəsizlik Şurasının katibi İrana səfər edib

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrana səfər edib.

APA “Mehr” agentliyinə istinadla xəbər verir ki, səfər İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi, kontr-admiral Əli Şəmxaninin rəsmi dəvəti ilə baş tutub.

Patruşevin iranlı həmkarı ilə görüşdən əlavə digər yüksək səviyyəli rəsmilərlə də görüşü gözlənilir.

İkitərəfli münasibətlər, beynəlxalq arenada əməkdaşlığın inkişafı və genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Rusiya Təhlükəsizlik Şurasının katibini iqtisadi heyət müşayət edir.

Şərhlər

dadaşyev 2022-11-08 23:16:16

Əşi,nə ikitərəfli münasibət,nə beynəlxalq arenada əməkdaşlıq?İran Rusiyaya verdiyi dronların,ballistik raketlərin əvəzində nüvə silahı istəyir Rusiyadan,rus böyükləri də gəlib ki bilsinlər nüvə silahı versələr söz verirlərmi ki onunla heç vaxt Rusiyanın qarşısına çıxmayacaqlar beynəlxalq məsələlərdə.Söz verirlərsə verəcəklər,verməsələr verməyəcəklər.O kadar net yani.Yoxsa Təhlükəsizlik Şurası Katibinin İranın Ali Milli Təhlükəsizlik Şurası Katibiylə nə işi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol