Menu

Neftin qiyməti ABŞ-da ehtiyatların artması fonunda düşüb

09.11.2022, 12:09
Neftin qiyməti ABŞ-da ehtiyatların artması fonunda düşüb

Neftin qiyməti ABŞ-da bu enerji resursunun ehtiyatlarının əhəmiyyətli dərəcədə artması ilə bağlı məlumatların açıqlanmasından sonra cüzi düşüb.

“Report”un məlumatına görə, bunu birjaların məlumatları göstərir.

“Brent” markalı neftin yanvar fyuçersləri 0,46 % ucuzlaşaraq 1 bareli 94,92 dollar təşkil edib. WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti 0,61 % düşərək 1 bareli 88,37 dollar olub.

ABŞ-da neft ehtiyatlarının artması ilə yanaşı, Çində COVID-19 ilə bağlı məhdudiyyətlər hazırda bu enerji resursunun qiymətinə mənfi təsir göstərir.

Şərhlər

dadaşyev 2022-11-09 20:00:17

Bax görürsünüzmü?ABŞ-da rezervuarlar dolduğu zaman ABŞ İrana hərbə-zorba gəlir neft bahalaşsın deyə.Bir neçə gün qabaq Səudiyyə Ərəbistanına İran hücum edə bilər deyərək döyüş təyyarələrini göndərdi.Hələlik neft bahalaşmayıb.Demək hərbə-zorba az olub.Ona görə də bir az abartması lazım gələcək yaxın günlərdə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol