Menu

NATO baş katibi Britaniyada təlim keçən Ukrayna əsgərləri ilə görüşüb - FOTO

09.11.2022, 20:10
NATO baş katibi Britaniyada təlim keçən Ukrayna əsgərləri ilə görüşüb - FOTO

NATO baş katibi Yens Stoltenberq Britaniyada təlim keçən Ukrayna əsgərləri ilə görüşüb.

APA xəbər verir ki, bu barədə NATO-nun saytında məlumat verilib.

Bildirilib ki, Stoltenberq bu gün Britaniya müdafiə naziri Ben Uolleslə birlikdə Britaniya, Kanada və Litva qüvvələrinin ukraynalı hərbçilərə təlim keçdiyi Lidd şəhərində olub.

Stoltenberq təlimi “Böyük Britaniyanın çox dəyərli NATO müttəfiqi olmasının və real fərq yaradan mühüm nümunə” adlandırıb: "Mən əminəm ki, bu, döyüş meydanında fərq yaradacaq".

Baş katib Ukrayna hərbçiləri ilə görüşdə onları Rusiyanın əsassız müharibəsinə qarşı mübarizədə sadiqlik və cəsarətlərinə görə təqdir edib.

Britaniyaya səfəri çərçivəsində Stoltenberq, həmçinin Londonda baş nazir Rişi Sunak və xarici işlər naziri Ceyms Kleverli ilə görüşəcək. Danışıqlarda Rusiyanın Ukraynaya qarşı müharibəsi və Alyansın qlobal çağırışlara qarşı davamlı adaptasiyasına diqqət yetiriləcəyi gözlənilir.

Şərhlər

Kamal 2022-11-10 02:37:53

Şiyələrin Həzrəti-Abbası var. Kül başına ay Putin, gör üstünə kimlər gəlir? O, boyda Ulraynanı dağıdıb, külü ilə oynayanlara bax!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol