ABŞ-ın Pensilvaniya və Tennessi ştatlarında Nümayəndələr Palatasına Demokrat partiyasının vəfat etmiş iki üzvü seçilib. Həmin ştatlarda təkrar seçkilər keçiriləcək.
"AzPolitika.info" "Azadlıq" radiosuna istinadla xəbər verir ki, 85 yaşlı Entoni Delyuka 39 il Nümayəndə Palatasının üzvü olub. O, oktyabrın əvvəlində vəfat edib. Konqresmen vəfat edəndə seçki bülleteninə dəyişiklik etmək gec olub. Seçkinin nəticələrinə görə o, səslərin 86, Yaşıllar Partiyasından rəqibi Zara Livinqston isə 14 faizindən çoxunu yığıb.
Demokrat partiyasından digər namizəd – 93 yaşlı Barbara Kuper isə Tennessidə 73 faizdən çox səs yığmaqla Palataya seçilib. O, 26 il region deputatı olub, oktyabrın sonunda vəfat edib.
Kaliforniyanın Çula-Vitsa şəhərində prokuror postuna isə sentyabrda xərçəngdən vəfat etmiş Saymon Silva seçilib. Yerli nəşrlər yazırlar ki, təkrar seçkilər vergiödəyicilərinə 2 milyon dollara başa gələcək.
Melvill meri, 84 yaşlı Velma Hendriks təkrar seçilməyi planlaşdırırdı, elə seçki günü avtoqəzada həlak olub.
"AzPolitika.info"


Şərhlər