Menu

Nazirlik bəzi dərmanların qiymətinin 2-3 dəfə artmasına aydınlıq gətirib

10.11.2022, 15:35
Nazirlik bəzi dərmanların qiymətinin 2-3 dəfə artmasına aydınlıq gətirib

Satışda tapılmayan dərmanların bir müddət sonra qiymətinin 2-3 dəfə artmış şəkildə geri qayıtması məsələsinə aydınlıq gətirilib.

Səhiyyə nazirinin müavini Rasim İsmayılov APA-ya açıqlamasında deyib ki, Azərbaycanda dərmanların qiymətini Tarif Şurası müəyyənləşdirir:

“Tarif Şurasının özünün də qiymətləndirmə metodları var. Tarif Şurasının hər hansı bir dərman, yaxud yeni dərmanlar ölkəyə daxil olanda alternativ ölkələrlə hesablama formaları var”.

Səhiyyə nazirinin müavini yerli dərman istehsalı sahəsində işlər görüldüyünü diqqətə çatdırıb:

“Artıq iki şirkət – “Diamed Co” və “Erfam” şirkətləri yerli istehsala başlayıblar. Bu yaxınlarda Ələt Azad İqtisadi Zonasında İsrailin şirkəti ilə yeni istehsal müəssisəsi qurulmalıdır. İqtisadiyyat Nazirliyi ilə birlikdə bu istiqamətdə ciddi əməkdaşlıq var. Yeni investorların cəlb olunması ilə dərman istehsalını artırmaq istəyirik ki, idxaldan asılılığı aradan qaldıraq”, o deyib.

Şərhlər

Turan 2022-11-10 21:38:36

Məndə sığar iki cahan, mən bu cahana sığmaram

VƏTƏNDAŞ 2022-11-10 16:28:50

TARİF ŞURASI ONA TƏQDİM OLUNAN QİYMƏTLƏRİ TƏSDİQLƏMƏKLƏ MƏŞĞULDUR.hEÇ BİR ARAŞDIRMA,FİLAN EDİLMİR.bELƏ OLMASA İDİ tÜRKİYƏDƏ 4-5 LİRƏYƏ SATILAN TABLETKA BAKLDA 25-29 MANATA SATILMAZDI..SƏHİYYƏ NAZİRLİYİ NƏYƏ NƏZARƏTEDİR Kİ? T MİLLƏT SOYULUR.BUDUR ƏSAS MƏT ! SƏHİYYƏ NAZİTIİYİ LAZIMSIZ QURUMA ÇEVİRİLİB.YALANLARDAN MİLLƏT BEZİB.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol