Menu

Rusiyada 15 nəfərin öldüyü kafenin azərbaycanlı sahibi saxlanılıb

10.11.2022, 18:47
Rusiyada 15 nəfərin öldüyü kafenin azərbaycanlı sahibi saxlanılıb

Rusiyanın Kostroma şəhərində 15 nəfərin öldüyü “Poliqon” klubundakı yanğınla bağlı obyektin sahibi, Kostoma dumasının deputatı İxtiyar Mirzəyev saxlanılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə polisdən məlumat verilib.

İxtiyar Mirzəyev “yanğın təhlükəsizliyinin pozulması iki və daha çox insanın ölümünə səbəb olduqda” maddəsi ilə saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol