“Milli Məclisin ezamiyyə xərcləri azdır”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Fəzail Ağamalı deyib.
“Buna görə də parlamentin sədri Sahibə Qafarova xaricə məhdud heyətlə səfər etməli olur”, - o qeyd edib.
Deputatın dediyinə münasibət bildirən maliyyə naziri Samir Şərifov isə deyib ki, ezamiyyə xərclərinin yeni normalarının dəqiqləşdirilməsi üzərində iş gedir.
"Hazırkı normalar uzun müddətdir ki, qəbul olunub. Milli Məclisin ezamiyyə xərclərinə gəldikdə isə, bu büdcəni Milli Məclis özü müəyyənləşdirib. Belə qənaətə gəlirəm ki, parlament bu məsələdə xeyli qənaətcil davranıb və mən onun bu addımını alqışlayıram", - deyə nazir əlavə edib.


Şərhlər
Ezamiyyə xərcləriniz azdırsa Tarif Şurasına təklif verin,qaldırsın.Tarif Şurası qaldırana qədər ezamiyyətə getmək məcburiyyətində qalsanız özünüzlə yola pendir-çörək götürün,bir də üç-dörd dənə Qalina Blanka kərpic suplarından.Vermişel supu da yaxşıdı.Paçkadadı.Bir boşqaba bir paçka gedir.Biz millət olaraq onlardan yeyirik səhər-axşam,hələ ki maşallah qoç kimiyik.Ümumiyyətlə,nə probleminiz varsa deputat səlahiyyətləriniz bitənə qədər həll edin.Sizlər axı orada yalnız öz problemlərinizi həll etmək üçün oturmusunuz.Əgər Tarif Şurası ezamiyyə xərclərinizi qaldırmasa ezamiyyətə getməyin.Deyin ki ezamiyyətə gedə-gedə ət bu qədər bahalaşıb,bundan sonra getməyək,bəlkə ucuzlaşdı.
Fəzail bəy,amma maaşınz lap çoxdur! Bir də ki, Sizin mənasız,,ezamiyyətiniz kimə gərəkdir ki?