Menu

"The Guardian" Qarabağda vurulan helikopterdən yazdı - Foto

13.11.2014, 09:26
"The Guardian" Qarabağda vurulan helikopterdən yazdı - Foto

Helikopterinin vurulması münaqişənin yenidən alovlana biləcəyini göstərdi

Azərbaycan ordusunun işğal olunmuş ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin helikopterini vurması dünyanın nüfuzlu media qurumlarının diqqətindən kənarda qalmayıb.

ANS PRESS-in məlumatına görə, İngiltərənin "The Guardian" qəzeti yazır ki, bu gün Ermənistan silahlı qüvvələrinin helikopterinin vurulması uzun müddətli münaqişənin yenidən alovlana biləcəyini göstərdi.

"The Guardian" bu ilin avqustunda cəbhədə 14 Azərbaycan əsgərinin həlak olmasını xatırladıb və həmin insidenti 1994-cü ildə bağlanan atəşkəs sazişindən sonra ən qanlı insident kimi təqdim edib.

Helikopterin vurulması ilə bağlı Azərbaycan və Ermənistan tərəfdən verilən rəsmi açıqlıamalarıın da yer aldığı məqalədə vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 30 min insan ölüb.

Məqalədə münaqişə tərəfi kimi Azərbaycan və Ermənistanın dəstəklədiyi separatçı rejim göstərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol