Menu

GUAM sədrliyi Ukraynaya keçib

13.11.2014, 09:32
GUAM sədrliyi Ukraynaya keçib

GUAM PA-da sədirlik Moldovadan Ukraynaya keçib

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatının (GUAM) Parlament Assambleyasının iclası keçirilib.

Kişinyovda iki gün davam edən iclasda sədrlik Moldovadan Ukraynaya keçib.

ANS PRESS-in məlumatına görə, iclasda GUAM ölkələrinin nümayəndələri birgə bəyannamə imzalayıblar. Sənəddə təşkilat üzvləri üzərlərinə münaqişəli vəziyyətlərdə bir-birinə kömək etmək öhdəliyi götürüblər.

GUAM PA-nın sədri Anadolu Dimitriu bildirib ki, müstəqillik və ərazi bütövlüyü ən vacib və əsas məsələdir. Bizim ölkələri bölmək, ərazilərimizi zəbt etmək istəyirlər. Onlar bunu bacarmayacaqlar və biz bütün problemlərin öhdəsindən gələcəyik.

Ukrayna nümayəndələri bildiriblər ki, indi əsas məsələ GUAM ölkələrinin yerləşdiyi regionda vəziyyəti qaydaya salmağın vaxtıdır. İmzalanan birgə bəyannamədə regionda mövcud olan münaqişələrlə bağlı narahatlıq ifadə edilir. Onları həll etməyin yeganə yolu müstəqillik prinsiplərinə və ölkələrin ərazi bütövlüyünə riayət olunmasıdır.

Xatırladaq ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilatın məqsədi

üzv ölkələr arasında infrastruktur, energetika və ticarət əlaqələri inkişaf etdirməkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol