Menu

“Dövlət borcu tavanının artırılmasından imtina ABŞ üçün təhlükə yaradacaq” - Canet Yellen

13.11.2022, 14:52
“Dövlət borcu tavanının artırılmasından imtina ABŞ üçün təhlükə yaradacaq” - Canet Yellen

“Konqres ölkənin dövlət borcu tavanının artırılmasını növbəti dəfə dəstəkləməsə, bu, Amerika Birləşmiş Ştatlarının maliyyə sistemi üçün böyük təhlükə yaradacaq”.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

“Əgər bu həyata keçirilməsə, bu, ölkə üçün nəhəng təhlükəyə çevriləcək. Amerikanın kredit reytinqini və dünyanın ən mühüm maliyyə bazarının fəaliyyətini təhlükə altına atmaq tamamilə məsuliyyətsizlikdir”-deyə, o bildirib.

Beləliklə, ABŞ Maliyyə Nazirliyinin rəhbəri aralıq seçkilərin nəticələrinə görə ABŞ Konqresinin yuxarı və aşağı palatalarına nəzarətin iki fərqli partiyaya keçə biləcəyi vəziyyəti şərh edib.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayının sonlarında ABŞ Prezidenti Cozef dövlət borcu tavanının 2,5 trilyon dollar artırılaraq 31,4 trilyon dollara çatdırılmasını özündə ehtiva edən qanunu imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol