NAZİR TERRORU TÖRƏDƏN TƏŞKİLATIN VƏ ARXASINDAKI DÖVLƏTİN ADINI AÇIQLADI - "Bədəlini daha ağır ödəməli olacaqlar" + VİDEO (Yenilənib)

" ABŞ-nin bu gün verdiyi başsağlığı mesajını sanki qatilin hadisə yerinə ilk çatanlardan biri olduğu kimi dəyərləndirmək vacibdir"

İstanbulun İstiqlal küçəsində partlayışı törədən terrorçular saxlanılmasaydı, bu gün Yunanıstana qaçacaqdılar. APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, terror aktının sifarişçiləri partlayışı törədən şəxsin öldürülməsi ilə bağlı əmr verərək sübutları aradan qaldırmağa çalışıb.

Soylu əlavə edib ki, Türkiyə terror aktı ilə ona mesaj göndərənlərin cavabını verəcək, antiterror əməliyyatını davam etdirəcək.

“ABŞ-ın başsağlığını qəbul etmirik”, - nazir vurğulayıb.

***

Ötən gün Türkiyənin İstanbul şəhərində partlayış PKK/PYD terror təşkilatı tərəfindən törədilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

O, qeyd edib ki partlayışa səbəb olan bombanı qoyan şəxs yerli polis idarəsi tərəfindən saxlanılıb. Lakin nazir onun kimliyini açıqlamayıb: “Bizə bu acıları yaşadanların daha çox acı çəkə biləcəyi bir cavabı tezliklə onlara göstərəcəyik".

“Nə olursa olsun, bu mübarizəni davam etdirəcəyik. Terrorçulara güc verən, pul göndərən müttəfiqlərimizin qeyri-səmimiliyi göz qabağındadır. Bu hücumu həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Qarşılığını daha ağır verəcəyik. Bu mesaja cavab aydın olacaq. Təbii, kədərimiz çox ağırdır”.

“Yaralılarımızdan 5-i hazırda reanimasiyadadır, onlardan ikisinin vəziyyəti ağırdır”, - yaralıların durumu ilə bağlı məlumat verən nazir qeyd edib.

Süleyman Soylunun sözlərinə görə, terrorun həyata keçirilməsi ilə bağlı təlimat Kobanidən gəlib: Təxminən 6 ildir İstanbulda dünən gecə yaşadığımız kimi təsirli bir hadisə, terror hadisəsi yaşamırdıq. Təkcə bu il 200-ə yaxın terror hadisəsinin qarşısı alınıb.

Bu hadisəni həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Heç narahat olmasınlar, bədəlini daha ağır ödəməli olacaqlar. Düşünürəm ki, ABŞ-nin bu gün verdiyi başsağlığı mesajını sanki qatilin hadisə yerinə ilk çatanlardan biri olduğu kimi dəyərləndirmək vacibdir və bu mesajın da cavabı çox açıq şəkildə ortaya çıxacaq”.

Qeyd edək ki, ötən gün baş verən partlayış zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

635x100

Şərhlər

Veteran 2022-11-15 11:50:20

Heyif ölənlərdən.Allah onlara rəhmət eləsin.Yaralılalara şəfa diləyirik.Ancaq bu Türkiyə başda olmaqla TDT-yə böyük üstünlük verə bilər.Bundan maksimum istifadə etməklə Türkiyənn SÖZÜNÜ və GÜCÜNÜ daha da artırmaq lazımdı.Mübarizəmizdə haqlı olduğumuzu bir daha sübut edə bilərik.

Son yazılar