Xəbər verildiyi kimi, İstanbulun Taksim meydanında terror aktı törədən şəxs İstanbul polisi tərəfindən ələ keçirilib.
“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, terror aktını Suriya əsilli Əhlam Əlbəşir adlı qadının tərətdiyi məlum olub.
Dindirilmə zamanı, o, PKK-PYD-YPG terror təşkilatı tərəfindən xüsusi məqsədlər üçün hazırlandığını, Afrin-İdlib üzərindən Türkiyəyə qeyri-qanuni yollarla daxil olduğunu bildirib.
Qeyd olunur ki, terror aktından sonra İstanbul polisi 1200 kamera görüntüsünü araşdıraraq 21 ünvanda əməliyyat keçirib və 46 nəfəri saxlayıb.
“AzPolitika.info”
***
İstanbulda baş verən partlayışla əlaqədar saxlanılan şəxsin kimliyi məlum olub və o, PKK ilə əlaqəsi olduğunu etiraf edib.
“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İstanbul polis idarəsindən bildirilib.
Vurğulanıb ki, Ahlam Albashır Suriya əsillidir.
Qeyd edək ki, dünən İstanbulda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.


Şərhlər
Bunu Abş-ın Türkiyyə ilə arasın vurmaq üçün böyük ehtimal Russiya edib.