Menu

G20 sammitinin ilk iclası Baydenə görə gec başlayıb

15.11.2022, 09:10
G20 sammitinin ilk iclası Baydenə görə gec başlayıb

ABŞ Prezidenti Co Bayden G20 sammitinin keçiriləcəyi yerə yarım saat gec gəlib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 09:30-da (Bakı vaxtı ilə 05:30) ərzaq və enerji təhlükəsizliyi üzrə birinci sessiya başlamalı idi. Amerika liderinin gecikməsi səbəbindən sessiya 30 dəqiqə sonra başlamalı olub.

Qeyd olunur ki, sammitin bütün iştirakçıları Baydeni zalda gözləmək məcburiyyətində qalıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol