Menu

Paşinyanla Blinken Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

15.11.2022, 10:17
Paşinyanla Blinken Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, xüsusi ilə xarici işlər nazirlərinin noyabrın 7-də Vaşinqtonda keçirdikləri görüşünü müzakirə ediblər.

Dövlət katibi ABŞ Ermənistan-Azərbaycan münasibətlərinə töhfə verməyə hazır olduğunu söyləyib.

Tərəflər humanitar məsələlərin həlli də daxil olmaqla, regionda təhlükəsizlik və sabitlik səviyyəsinin artırılmasına yönəlmiş addımların müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol