Qətərə 1 noyabr-23 dekabr 2022-ci il tarixləri arasında səfər etmək istəyən şəxslər səfərdən öncə "Hayya" kartlarını əldə etməlidirlər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Qətərin Azərbaycandakı səfirliyinin İnstagram səhifəsində qeyd olunub. Bildirilir ki, qonaqlar "Hayya" kartlarını www.Qatar2022.qa saytından və ya Hayya to Qatar 2022 tətbiqi vasitəsilə əldə edə bilərlər.
Xatırladaq ki, Qətər noyabrın 20-dən dekabrın 18-dək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək.
AzPolitika.info


Şərhlər