Menu

Macarıstan Rusiya əleyhinə sanksiyaları dəstəkləyəcək

13.11.2014, 11:22
Macarıstan Rusiya əleyhinə sanksiyaları dəstəkləyəcək

Macarıstan Avropa İttifaqı müttəfiqlərinin Ukrayna böhranına görə Rusiyaya sanksiya tətbiq etməsini dəstəkləyəcək.

Mübahisələrə görə risk altında olan enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün kömək lazımdır. Noyabrın 12-də ölkənin xarici işlər naziri belə deyib. Xəbəri “Reuters” yayıb.

Macarıstanın baş naziri Viktor Orbanın sanksiyalara yenidən baxılması ilə bağlı nitqi və ölkəsinin enerji siyasətində Moskva ilə yaxınlığı narahatlığa səbəb olub. Güman olunur ki, artıq Budapeşt Moskvanın təsir dairəsinə düşüb. Macarıstan enerji idxalında Rusiyadan xeyli dərəcədə asılıdır.

Xarici işlər naziri Peter Szijjarto Berlində bildirib ki, Budapeşt Ukraynanın suverenliyini dəstəkləməklə yanaşı, Moskva ilə “balanslı, sağlam və real münasibətlər qurmaq istəyir”.

“Almaniyanın xarici işlər nazirinə bildirdim ki, Macarıstan həmişə Avropanın birgə qəbul etdiyi qərarlara sadiq qalacaq. Bu, Ukraynaya da aiddir. Mən həmçinin onu Mərkəzi Avropanın enerji təhlükəsizliyinin risk altında olduğuna inandırmağa çalışdım. Macarıstan təbii qaz təchizatı mənbələrini diversifikasiya etməlidir. Təbii qazın nəqli infrastrukturunu təkmilləşdirmək üçün Aİ-nin köməyinə ehtiyacımız var”, - almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransında nazir bildirib.

Macarıstan “Qazprom”un Rusiya təbii qazını Avropaya çatdıran layihəsini dəstəkləyir. Aİ isə bildirir ki, bu, İttifaqın Rusiyadan enerji asılılığını azaltmaq səylərinə mane olur. Ukraynaya təbii qaz nəqlini dayandıran Macarıstan Xorvatiyanın İNA enerji şirkətindəki payını rus şirkətinə satmağa çalışır.

“Aİ ölkələri demokratiyanı, dəyərlərimizi və hüquq normalarımızı nümunə göstərməklə yaxınlıqda baş verən münaqişələrə həmrəyliklə reaksiya verməlidirlər”, - bir sıra vətəndaş hüququ məsələlərində Aİ ilə Orban arasındakı ziddiyyətə istinadən Ştaynmayer bildirib. /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol