Menu

Ukraynaya atılan 90 raketdən 73-ü vurulub

15.11.2022, 23:03
Ukraynaya atılan 90 raketdən 73-ü vurulub

Ukrayna HHM qüvvələri Rusiyadan atılan 90 raketdən 73-nü, həmçinin 10 PUA-nı vurub.

APA xəbər verir ki, bu barədə Ukrayna ordusunun HHQ komandanlığı məlumat yayıb.

Bildirilib ki, hücumda 14 ədəd Tu-95 strateji bombardmançısı, Qara dəniz donanmasının gəmiləri və İran istehsalı olan 10 ədəd “Shahed” PUA-sı iştirak edib. Ukrayna ordusu 73 qanadlı raketi və PUA-ların hamısını zərərsizləşdirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol