Menu

Şimali Kipr Prezidenti Azərbaycan xalqını təbrik edib

17.11.2022, 14:15
Şimali Kipr Prezidenti Azərbaycan xalqını təbrik edib

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Report” xəbər verir ki, o, təbrikini tviterdə etdiyi paylaşımla çatdırıb.

“34 il əvvəl - 17 noyabr 1988-ci ildə Bakıdakı Azadlıq meydanında toplaşan 2 milyon azərbaycanlı qardaşımız müstəqillik məşələni yandırıblar və müstəqil Azərbaycan dövlətini yaradıblar. 17 noyabr - Milli Dirçəliş Gününü təbrik edir, Azərbaycan xalqına ən səmimi arzularımı çatdırıram”, - dövlət başçısı bildirib.

Şərhlər

Anar Əhmədov 2022-11-17 15:02:28

YAŞASIN BÖYÜK TÜRK MİLLƏTİ!
VAR OLSUN KİPRLİ TÜRK QARDAŞLARIMIZ!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol