Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşad Paşayev vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Noyabrın 17-də səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Paşayev Elşad Şirağa oğlunun yaşadığı ünvanda hemorragik insult səbəbindən vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.
Faktla bağlı araşdırma aparılır", - məlumatda qeyd olunub.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!


Şərhlər