Menu

İranın iki şəhərində ayətullah Xomeyninin ev muzeyləri yandırılıb - VİDEO

18.11.2022, 11:59
İranın iki şəhərində ayətullah Xomeyninin ev muzeyləri yandırılıb - VİDEO

İrandakı 1979-cu il fevral inqilabının lideri sayılan ayətullah Ruhullah Musəvi Xomeynin doğulduğu Xomeyn və Qum şəhərlərindəki ev muzeyləri yandırılıb.

Məlumatı “İran İnternational” yayıb.

Məlumata görə, etiraz aksiyalarında Tehran hakimiyyətinin hərbi-polis qüvvələri tərəfindən öldürülənlər nümayişlə yad edilib.

Aksiya iştirakçıları “Diktatora ölüm!”, Xameneiyə ölüm!“ şüarları səsləndiriblər

2019-cu ilin noyabr ayında ərzaq mallarının qiymətlərinin qalxmasına etiraz yürüşlərində 1 500-dən çox aksiya iştirakçısı hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilmişdi. Həmin qurbanların şəkilləri də dünənki yürüşlərdə qaldırılıb.

Etiraz aksiyaları gecə yarısınadək davam edib. Onlar tonqal qalayaraq “Hicabla, ya hicabsız inqilaba gedirik!” şüarını veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol